mobil versiya

Azərbaycana qar yağdı



Quba və Qusar rayonlarına ilk qar yağıb.

REPORTYOR.AZ "Report"un Şimal bürosuna istinadən xəbər verir ki, axşam saatlarından başlayaraq Azərbaycanın Şimal bölgəsində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Belə ki, Quba və Qusar rayonlarının əksər dağlıq kənd və məntəqələrinə dünən axşamdan yağmağa başlayan qar bu gün səhər saatlarında kəsib.

Hazırda qarın hündürlüyü 2-3 santimetrə yaxındır.

Eyni zamanda bölgənin Xaçmaz və ətraf rayonlarında yağışla müşahidə olunan küləkli hava şəraiti hökm sürür.
SON XƏBƏR / KARUSEL
Tarix: 25-10-2021, 10:00