mobil versiya

Naxçıvan-Türkiyə sərhədi açıldı



Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv edilib.

Bu gündən etibarən Naxçıvan Muxtar Respublikasında yerləşən Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən şəxsi avtomobillərin keçidinə icazə verilib. Lakin qeyd edilib ki, sərhədi keçmək istəyən şəxslər yalnız Naxçıvan MR vətəndaşları olmalıdır. Onlar öz avtomobilləri ilə sərhədi keçə bilərlər. Hələlik avtobusların gediş-gəlişinə qoyulan qadağa isə qüvvədə saxlanılıb.
Qeyd edək ki, koronavirus pandemiyası zamanı Azərbaycanın quru sərhədləri bütün qonşu ölkələr üçün bağlansa da, Naxçıvan MR-dən İran və Türkiyəyə gediş-gəlişə icazə verilirdi. Lakin 2022-ci il iyulun 1-dən etibarən Naxçıvanda da yük maşınları istisna olmaqla digər avtomobillər üçün keçid dayandırılmışdı. (Trend)

KARUSEL / CƏMİYYƏT
Tarix: 1-02-2023, 16:03