BMT QAK-ın nümayəndəsi ölkəmizdəki missiyasını başa vurub
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) nümayəndəsi Quido Ambroso Azərbaycandakı missiyasını başa vurub.
Bu barədə Komissarlığın Azərbaycan nümayəndəliyindən məlumat verilib.
"Bu dörd il yarım ərzində o, qaçqınların, sığınacaq axtaranların, məcburi köçkünlərin və vətəndaşlığı olmayan şəxslərin müdafiəsinə tam sadiqlik nümayiş etdirib", - məlumatda deyilir.
Xatırladaq ki, o, 2018-ci ilin iyul ayından bu vəzifəni icra edir. Ümumilikdə, Quido Ambroso BMT-də 30 ildən çox çalışıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 1-02-2023, 18:06