mobil versiya

Pakistan həbsxanalarında son üç ayda 3 əfqan qaçqın ölüb




Əfqanıstanın Kəraçidəki konsulluğu bildirib ki, son üç ay ərzində Pakistan həbsxanalarında ən azı üç əfqan qaçqın ölüb.

TOLO News xəbər verir ki, Pakistan həbsxanalarında 1000-dən çox əfqan qaçqın, o cümlədən qadınlar və uşaqlar var.
Əfqanıstanın Kəraçidəki konsulu Əbdül Cabar Təxari 150 qaçqının işinə baxıldığını və onların tezliklə azadlığa buraxılacağını bildirib: “Burada 1050 nəfər həbsdədir. Onlardan 150-si uşaq, 138-i isə qadındır. 152 məhbusun azadlığa buraxılması haqqında fərman verilib və onlar iki-üç gün ərzində azad olunacaqlar”. 
BMT QAK-ın məlumatına görə, hazırda Pakistanda təxminən 1,3 milyon əfqan yaşayır.
Məlumatlara görə, əfqan qaçqınlar sığınacaq axtararaq Pakistana vizalı və ya vizasız daxil olublar.

KARUSEL / DÜNYA
Tarix: 31-01-2023, 12:28