mobil versiya

Azərbaycandan Türkiyəyə pul köçürmələrində problem yoxdur - Mərkəzi Bank


Azərbaycandan Türkiyəyə pul köçürmələrində problem yaranması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Əsas səbəb kimi isə Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra banklarda texniki problemlərin yaşandığını bildiriblər.

Məlumatlarda qeyd olunur ki, kartla heç bir əməliyyat aparmaq mümkün deyil.
Məsələ ilə bağlı Mərkəzi Bankdan bildiriblər ki, Türkiyəyə pul köçürmələrində heç bir problem yoxdur.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 8-02-2023, 10:12