mobil versiya

“Azəriqaz”ın smart kartlarına pul yüklənməsi problemi aradan qaldırılıb - RƏSMİ




Dünən Azərbaycanda aparıcı ödəmə terminallarından biri olan “E-manat”ın sistemində problem yaranıb. “Azəriqazın” smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi mümkün olmayıb.

REPORTYOR.AZ xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən “E-manat”ın marketinq üzrə mütəxəssisi Ayşən Həsənova bildirib ki, problem aradan tam qaldırılıb.

O qeyd edib ki, “E-manat” terminallarında problem 16 yanvar səhər saatlarından başlayıb və dünən gecə saatlarınadək davam edib:

“Dünən günün sonunda mütəxəssislərimiz terminallarda yaranan problemi aradan qaldırıblar. Müştərilər “E-manat” terminallarına yaxınlaşaraq Azəriqaz ödənişini bərpa edə bilər. Qeyd edək ki, yalnız Azəriqaz, smartkart və NFC kartlarda problem olub. Bildirişli ödənişlərdə heç bir problem olmayıb”, - deyə mütəxəssis bildirib.
SON XƏBƏR / KARUSEL
Tarix: 17-01-2022, 21:19