Futzal çempionatlarında matçlar bir dəqiqəlik sükutla başlayacaq
Futzal üzrə Yüksək, Birinci və İkinci liqaların oyunlarının məkanı dəyişdirilib.
Federasiyadan verilən məlumata görə, qarşılaşmalar əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı İdman Sarayında deyil, "Olimpik Star"da keçiriləcək.
Bundan əlavə, Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi bu turnirlərdə bir dəqiqəlik sükutla anılacaq. Matçlar 9, 10 və 12 fevralda baş tutacaq.
Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. (Report)
KARUSEL / İDMAN
Tarix: 8-02-2023, 13:49