Ermənistanla sərhəddəki yolların bərpası barədə düşünürük –ÇAVUŞOĞLU
“Ararat Mirzoyanla normallaşma məsələsində hansı addımları ata biləcəyimizi danışdıq”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu erməni həmkarı Ararat Mirzoyanla mətbuat konfransı zamanı deyib.
“Bunlardan bir də Ermənistanla Türkiyə arasında tarixi İpək yolu körpüsünün bərpasıdır. Bundan başqa, sərhəd-buraxılış məntəqəsinə aparan yolların bərpası ilə bağlı addımlar atmağı düşünürük”, – Türkiyə XİN rəhbəri vurğulayıb.
Çavuşoğlu, Ermənistanın zəlzələdən sonra ölkəsinə dəstək verdiyini və həmrəylik nümayiş etdirdiyini vurğulayıb: “Zəlzələdən dərhal sonra Ermənistan ölkəmizə 28 nəfərlik axtarış-xilasetmə heyəti göndərdi.
Eyni zamanda, Ermənistan Türkiyənin zəlzələ bölgəsinə 100 tonluq humanitar yardım göndərdi. Və bugünkü görüşümüzdə əlavə yardımlar da göndəriləcəyini bildirdi”.
KARUSEL / DÜNYA
Tarix: 15-02-2023, 15:21