Zəlzələdə həlak olan tələbənin nəşi Gəncəyə gətirilib
Türkiyənin Malatiya şəhərində baş verən zəlzələ zamanı dünyasını dəyişən Şahin Vəliyevin cənasəsi Gəncə şəhərində yaşadığı Cavad Xan qəsəbəsinə gətirilib.
Şahin Vəliyevlə yaşadığı evdə vida mərasimi keçiriləcək. 21 yaşlı tələbənin günorta saatlarında Gəncədə dəfin edilməsi gözlənilir.
Qeyd edək ki, 21 yaşlı Şahin Vəliyev İnönü Universitetində İdman menecerliyi ixtisasında oxuyub. Malatya şəhəri Zəfər məhəlləsində yaşayıb. Onun dağıntılar altından çıxarılan meyitini dayısı təsdiq edib. 21 yaşlı tələbənin cənazəsi bu gecə vətənə gətiriilib.
Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələdə dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan heç bir məlumat yox idi. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.(APA)
KARUSEL / GÜNDƏM
Tarix: 16-02-2023, 10:51