mobil versiya

"Əfqanıstan terrorizmdən ən çox zərər çəkən ölkədir" - Qlobal Terror İndeksinin hesabatı




Qlobal Terror İndeksinin (GTI)  verdiyi məlumata görə, hücumlar və ölüm hallarının müvafiq olaraq 75 faiz və 58 faiz azalmasına baxmayaraq, Əfqanıstan ardıcıl dördüncü ildir ki, terrordan ən çox təsirlənən ölkə olaraq qalır.
Bununla belə, GTI hesabatında dövlət repressiyaları və dövlət subyektləri tərəfindən zorakılıq aktları daxil deyil. Belə ki, "Taliban"ın törətdiyi əməllər ölkəni nəzarətə götürdüyü üçün artıq hesabatın əhatə dairəsinə daxil olmayıb.
FTI-nin məlumatına görə, 2022-ci ildə terrorla bağlı ölümlərin 866 nəfər azalmasına baxmayaraq, Əfqanıstanda 2022-ci ildə 633 ölüm qeydə alınıb ki, bu da 2021-ci illə müqayisədə 58% çoxdur.
İslam Dövləti-Xorasan (İD-X) Əfqanıstanda "Taliban"ların ölkəni ələ keçirməsindən sonra "ən fəal terror qruplaşması" olaraq ortaya çıxıb və 2022-ci ildə 422 nəfərin ölümünə görə məsuliyyət daşıyır.  Bu yaxınlarda Əfqanıstanın şimalında yerləşən Bəlx vilayətində şiə mədəniyyət mərkəzində şənbə günü törədilən partlayış nəticəsində azı bir nəfər ölüb.
KARUSEL / DÜNYA
Tarix: 16-03-2023, 13:17