"Moldova əhalisi NATO-ya üzv olmaq ideyasını dəstəkləmir" - Maya Sandu

APA xəbər verir ki, bu barədə Moldovanın dövlət başçısı ProTV-yə müsahibəsində deyib.
Maya Sandu bildirib ki, Moldova Respublikasının əhalisi hazırda NATO-ya üzv olmaq ideyasını dəstəkləmir.
“Vətəndaşlar bunu istəməlidir, çünki bu, Konstitusiyanın dəyişdirilməsi deməkdir və bu, referendum yolu ilə edilməlidir. Amma bu gün sorğulara nəzər salsaq görərik ki, neytrallığın dəyişməsinə böyük dəstək yoxdur”, - Prezident vurğulayıb.
KARUSEL / DÜNYA
Tarix: 11-04-2023, 14:23