mobil versiya

Şahmatın rapid növü üzrə komandalararası dünya çempionatının yeri və tarixi açıqlanıb


Şahmatın rapid növü üzrə dünya çempionatının keçiriləcəyi tarix və məkan bəlli olub.
"Report"un məlumatına görə, yarış 26-28 sentyabrda Almaniyanın Düsseldorf şəhərində təşkil ediləcək.
Komandalarda 6 qrossmeyster (1 qadın, ELO xalı 2000-dən az olan bir oyunçu) və 3 ehtiyat oyunçu yer alacaq.
Ümumilikdə 12 tur oynanılacaq. Dünya çempionatının mükafat fondu 250 000 avrodur.


KARUSEL / İDMAN
Tarix: 13-04-2023, 11:17