Ukrayna Belarusdakı səfirini geri çağırır

APA-nın məlumatına görə, bu barədə Ukrayna XİN-in çərşənbə axşamı dərc olunmuş məlumatında deyilir.
"Ukrayna Xarici İşlər Nazirliyi Ukraynanın Belarus Respublikasındakı səfiri İqor Kizimi məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - mətndə deyilir.
Departament əlavə edib ki, Lukaşenko ilə Puşilin arasında aprelin 18-də keçirilən danışıqlar “açıq-aşkar qeyri-dost hərəkət” kimi qiymətləndirilir.
KARUSEL / DÜNYA
Tarix: 19-04-2023, 09:58