mobil versiya

Humanitar yardıma görə Ukrayna Azərbaycana təşəkkür edib



Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana humanitar yardım üçün təşəkkür edib.

Bu barədə Ukrayna XİN-in "Twitter" hesabındakı paylaşımda bildirib.
"Ukrayna şəhərlərini generator və transformatorlarla təmin etdiyi üçün Azərbaycana minnətdarıq. Bu, Ukraynanın zərər görmüş kritik infrastrukturunun bərpası üçün çox vacibdir", - deyə paylaşımda qeyd olunub.

KARUSEL / SİYASƏT
Tarix: 13-01-2023, 17:04