Türkiyənin sürət qatarı mayın sonuna qədər ödənişsiz olacaq
Türkiyənin Ankara-Sivas yüksək sürətli qatar xətti may ayının sonuna qədər ödənişsiz olacaq.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi sosial media hesabında bildirib.
Qeyd edək ki, 2009-cu ildə Ankara-Eskişehir xəttinin istifadəyə verilməsi ilə Türkiyə yüksək sürətli qatar texnologiyası ilə tanış olub. Daha sonra bu xəttin ardınca 2011-ci ildə Ankara-Konya, 2013-cü ildə Əskişəhər-Konya, 2014-cü ildə Ankara-İstanbul və Konya-İstanbul xətləri istifadəyə verilib. Nəhayət, 2022-ci ilin yanvar ayında Konya-Karaman xətti istifadəyə verilib.
Məlumat üçün bildirək ki, Ankara-Sivas Yüksək Sürətli qatar xəttinin tikintisinə 2007-ci ildə başlanılıb. Dəmir yolu xəttinin uzunluğu 393 kilometrdir.
Qatar xətti aprelin 26-da istifadəyə verilib.
KARUSEL / DÜNYA
Tarix: 27-04-2023, 10:12