mobil versiya

İşğal dünya iqtisadiyyatına 1 trilyon dollara başa gələ bilər




Çinin Tayvanı işğal etməsi dünyanın ən böyük qabaqcıl çip istehsalçısının istehsalını dayandıra və ilk bir neçə ildə qlobal iqtisadiyyatdan ildə 1 trilyon ABŞ dollarına qədər zərər verə bilər. 
“Taipei Times” xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haines ötən həftə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində ifadə verərkən deyib. 
A.Haines bildirib ki, “Taiwan Semiconductor Manufacturing Co” (TSMC) tərəfindən istehsal olunan qabaqcıl yarımkeçiricilər dünyada demək olar ki, bütün elektron cihazların 90 faizində istifadə olunur. Əgər Çin işğalı TSMC-nin bu çipləri istehsal etməsinə mane olarsa, bu, ilk bir neçə il ərzində ildə 600 milyard dollardan 1 trilyon dollara qədər olan böyük qlobal maliyyə təsirinə səbəb olacaq. Bu, həm də, Çin iqtisadiyyatına da böyük təsir göstərəcək.
Bu riskin öhdəsindən gəlmək üçün TSMC Vaşinqtonun təkidi ilə Arizonada iki müasir vafli fabrikin tikintisinə 40 milyon ABŞ dolları sərmayə qoyur. 4 nanometrlik prosesdən istifadə edən fabrik gələn il, digəri isə 2026-cı ildən başlayaraq daha təkmil 3 nanometrlik prosesdən istifadə edən çiplərin kütləvi istehsalına başlaması planlaşdırılır.
KARUSEL / DÜNYA
Tarix: 8-05-2023, 11:59