Çin ÜDM-in həcminə görə ABŞ-ı 2036-cı ilə kimi ötə bilməyəcək
Böyük Britaniyanın İqtisadiyyat və İşgüzar Tədqiqatlar Mərkəzinin (Centre for Economics & Business Research, CEBR) proqnozuna görə, Çin iqtisadiyyatı ən azı 2036-cı ilədək ABŞ-ın ümumdaxili məhsulunun (ÜDM) həcmini ötə bilməyəcək.
CEBR analitiklərinin fikrincə, COVID-19 infeksiyasına qarşı “sıfır tolerantlıq” siyasəti və Qərb tərəfdaşları ilə artan ticarət gərginliyi Çinin iqtisadi fəallığını ləngidir. Bütün bunlar ortamüddətli perspektivdə Çinin ümumdaxili məhsulunun orta illik artım tempinin 3 faizə qədər azalmasına səbəb olacaq.
Mərkəzin hesabatında bu il qlobal iqtisadiyyatin ilk dəfə olaraq 100 trilyon dolları keçdiyi, 2037-ci ildə isə 207 trilyon dollara yüksələcəyi, həmçinin inkişaf etməkdə olan ölkələrin zəngin ölkələrə çatacağı proqnozlaşdırılır.
Ekspertlərin fikrincə, gələn il “Brent” markalı neftin barelinin qiyməti 94 dollar ətrafında dəyişəcək, 2024-cü ildə isə 80 dollara enəcək.
CEBR-in proqnozuna görə, 2023-cü ildə Almaniya iqtisadi gücünə görə Yaponiyanı üstələyərək dünya reytinqində ABŞ və Çindən sonra üçüncü yerə qalxacaq.
KARUSEL / İQTİSADİYYAT

Tarix: 26-12-2022, 15:13