Gələn il Azərbaycan neftinin büdcə qiyməti 40 dollar olacaq
2021-ci ildə Azərbaycanın dövlət büdcəsində neftin 1 barelinin qiymətinin 40 ABŞ dolları olması nəzərdə tutulub.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.
Məlumata görə, bu, 2020-ci illə müqayisədə 5 ABŞ dolları və ya 14,3 % çoxdur.
Məlumatda qeyd edilir ki, pandemiya fonunda dünya iqtisadiyyatında davam edən qeyri-müəyyənliklər, eləcə də dəyişkən neft qiymətləri nəzərə alınaraq ortamüddətli dövr ərzində büdcə siyasəti və fiskal çərçivə məhz yeni qlobal çağırışlara və iqtisadi reallıqlara uyğun formalaşdırılmış, bu əsasda, ortamüddətli dövr üçün icmal vədövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 40 ABŞ dollarına bərabər götürülüb.
SON XƏBƏR / KARUSEL / İQTİSADİYYAT
Tarix: 21-12-2020, 12:00