mobil versiya

Azərbaycan neftinin qiyməti 45 dollara çatır




Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,78 ABŞ dolları, yaxud 1,78% artıb.

REPORTYOR report-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 44,72 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.



SON XƏBƏR / İQTİSADİYYAT
Tarix: 24-06-2020, 11:00