mobil versiya

"Brent" neftinin qiyməti 31 dolları ötdü



Dünya bazarında xam neftin qiymətləri ötən günkü azalmadan sonra bu gün sürətlə artmaqdadır.

"Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 22:31-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında "Brent markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 5% artaraq 31,14 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun "Nymex” əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti 5% artaraq 26,07 ABŞ dolları olub.

Qeyd edək ki, "Brent" markalı neftin qiyməti sonuncu dəfə aprelin 15-də 30 dolları keçmişdi. 

SON XƏBƏR / İQTİSADİYYAT
Tarix: 9-05-2020, 10:20