ANAMA-dan işğaldan azad olunmuş ərazilərə səfər edən vətəndaşlara müraciət
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərə səfər edən vətəndaşları xəbərdaredici nişanların göstəricilərinə əməl etməyə çağırıb.
İnsanlar təhlükəsizlikdən tam əmin olmadıqları hər hansı bir bölgədə hərəkət etdikdə diqqətli olmalıdırlar. “Belə ki, vətəndaşlar çarpaz qoyulmuş çubuqları və daş yığınını, tarım çəkilmiş məftil və ya ipi, əl ilə yazılmış qeydi, yaxud darvaza və ya hasarı, beton dirəklərin üstündəki işarələri, torpağa sancılmış taxta çubuqları, ortasında kəllə və çarpaz sümük işarəsi olan üç və ya dördbucaq lövhələri gördükdə həmin bölgəyə yaxınlaşmamalı, oradan uzaq durmalıdırlar”, -müraciətdə deyilir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 15-05-2023, 12:21