mobil versiya

Güləşçilərimiz Qazaxıstanda 3 qızıl medal qazanıb



Astanada Qazaxıstanın Olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə gənclər arasında güləş üzrə (U-20) beynəlxalq turnir keçirilib.
Ənənəvi yarışda böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında iştirak edən millimizin 11 üzvü fəxri kürsüyə qalxıb.
İlkin Qurbanov (60 kq), Kənan Abdullazadə (67 kq) və Ruslan Nurullayev (72 kq) qızıl, İsmayıl Rzayev (82 kq), Əli Quliyev (87 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Fərid Sadıxlı (55 kq), Təvəkgül Həziyev (67 kq), Rəvan Nuriyev, Aqil Musayev (hər ikisi 77 kq) və Etibar Rzayev (87 kq) isə bürünc medal qazanıblar. Ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub.
Qeyd edək ki, yığmamız Astanadan iyunun 2-də Vətənə qayıdacaq. Həmin tarixədək yerli komanda ilə birgə Avropa çempionatına hazırlıq məqsədi ilə təlim-məşq toplanışı baş tutacaq. U-20 Avropa çempionatı iyunun 26-dan iyulun 2-dək İspaniyanın Santiaqo-de-Kompostela şəhərində keçiriləcək.


KARUSEL / İDMAN
Tarix: 19-05-2023, 17:26