mobil versiya

Bu ölkədə koronavirusa ilk yoluxma hələ indi qeydə alınır, karantin tətbiq edilir


Sakit okeanın ada dövləti Tokelau hökuməti koronavirusa ilk yoluxma halının aşkarlanmasından sonra karantin elan edib.
Bu barədə "Radio New Zealand" ölkə hökumətinə istinadən məlumat yayıb.
Belə ki, Tokelauda COVID-19 pandemiyasının başlanmasından ilk yoluxma qeydə alınıb. Virusa yoluxmuş xəstə xəstəxanada təcrid olunub, lakin hakimiyyət orqanları dövlətə aid hər üç atollda ciddi karantin tədbirləri tətbiq etmək qərarına gəliblər.
Səhiyyə Nazirliyində xəstənin nə vaxt yoluxduğunu, həmçinin yoluxma mənbəyini müəyyən edə bilmədiklərini və buna görə də bütün ölkə ərazisində sanitar məhdudiyyətlərin tətbiq olunacağını bildiriblər.
Tokelau Sakit Okeanın cənubunda yerləşən Yeni Zelandiyanın özünüidarə etməyən ərazisidir. 1,4 min nəfər əhalisi olan ölkə (2013-cü ilin siyahıyaalınmasının nəticələrinə görə) indiyədək koronavirusdan tamamilə azad hesab edilib.(Report)

KARUSEL / DÜNYA
Tarix: 22-05-2023, 09:02