"...yeni Konstitusiya hazırlayacağıq” –Ərdoğan
Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçiləcəyi təqdirdə Türkiyə üçün yeni konstitusiya layihəsinin hazırlanması əsas prioritet olaraq qalacaq.
Ərdoğan bu barədə TRT-yə müsahibəsində bildirib.
Onun fikrincə, Türkiyədə dövlət çevrilişləri ilə bağlı “irsdən qurt”ulmaq” lazımdır. Xatırladaq ki, 1980-ci illərdə hərbçilər hakimiyyəti ələ keçirdikdən sonra hələ də qüvvədə olan yeni konstitusiya qəbul edilib.
“Əsas vəzifələrdən biri yeni konstitusiya olaraq qalır. Partiya alyansımız daxilində qiymətləndirmə aparacağıq, lazımi işləri aparacağıq. Partiyalar arasında dialoq, konsensus axtarışı olacaq. Əgər onlar təkliflərlə çıxış etsələr, biz onları təhlil edəcəyik”, – deyə Ərdoğan TPT-yə bildirib.
Ərdoğan mayın 28-də keçiriləcək ikinci turda yenidən seçiləcəyi təqdirdə Türkiyənin “tam transformasiyasını” vəd edib. Onun fikrincə, bir çox opponentlər “siyasi meyitə” çevriləcək.
Rəcəb Tayyib Ərdoğan iki dəfə konstitusiya dəyişikliklərini səsverməyə çıxarıb.
2017-ci ildə səsvermə ilə baş nazir postu ləğv edilib və prezidentin səlahiyyətlərinin genişləndirilib. Bununla parlament idarəetmə sistemini prezident üsul-idarəsinə dəyişdirən dəyişikliklər qəbul edilib.
Müxalifət parlamentarizmi qaytarmaq, dövlət başçısının səlahiyyətlərini məhdudlaşdırmaq istəyir.
KARUSEL / DÜNYA
Tarix: 23-05-2023, 11:01