Samuxda 2 tondan çox çətənə kolları məhv edilib
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Qarayeri qəsəbəsi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 2 ton 285 kiloqram olan, 3337 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
KARUSEL / HADİSƏ
Tarix: 7-06-2023, 10:35