mobil versiya

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Zaporojye AES-ə gəlib



Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi iyunun 15-də Zaporojye AES-ə gəlib. Bu, BAEA rəhbərinin Rusiya tərəfindən zəbt olunmuş stansiyaya üçüncü səfəridir.
Ukrayna mediası xəbər verir ki, Qrossi Zaporojye AES-dəki təhlükəsizlik məsələlərini nəzərdən keçirəcək. O, AES-ə ilk dəfə ötən 2022-ci ilin sentyabrında, ikinci dəfə isə bu ilin martında baş çəkib.
Rusiya ordusu Zaporojye Atom Elektrik Stansiyasını Ukraynaya genişmiqyaslı hücumun ilk həftələrində ələ keçirib. Ruslar stansiyaya hərbi texnika yerləşdirib, ərazini minalayıb və dəfələrlə atəşə tutublar. Bundan əlavə, Kaxovka su elektrik stansiyasının bəndi parladıldıqdan sonra AES-in reaktorlarını soyutmaqla bağlı təhlükə yaranıb.
KARUSEL / DÜNYA
Tarix: 15-06-2023, 16:27