ABŞ İranın Atom Enerji Təşkilatının rəhbərinə qarşı sanksiyalar tətbiq edib
Yanvarın 30-da ABŞ-ın Maliyyə Nazirliyi İranın Atom Enerjisi Təşkilatını və onun rəhbəri Əli Əkbər Salehinin adını sanksiyalar siyahısına əlavə edib.
Təşkilatın və onun rəhbərinin ABŞ banklarındakı hesabları dondurulacaq. İranın Atom Enerjisi Təşkilatı ilə iş birliyini davam etdirən xarici şirkətlər də sanksiyaya məruz qalacaqlar. Eyni zamanda onların ABŞ dövləti və şirkətləri ilə bütün əlaqələri kəsiləcək.
Rəsmi Tehran və Ə.Ə.Salehinin özü hələlik ABŞ-ın bu qərarına münasibət bildirməyiblər.
Xatırladaq ki, yanvarın 30-u Məhəmməd Peyğəmbərin qızı Fatimeyi-Zəhranın şəhadət günü olduğundan İranda qeyri-iş günüdür.
SON XƏBƏR / DÜNYA
Tarix: 31-01-2020, 11:20