İranın sabiq nazirinin qızı həbs edilib
İranın sabiq sənaye, mədənlər və ticarət naziri Məhəmməd Rza Nemətzadənin qızı Şəbnəm Nemətzadə həbs olunub.
APA-nın Tehran bürosunun məlumatına görə, o, qanunsuz mal toplamaq və dərman məhsulalrının inhisarçılığı ilə məşğul olmaqda ittiham olunur.
Ş.Nemətzadənin dəmran istehsal edən bir şirkətlə əlbir olaraq inhisarçlıqla məşğul olduğu üçün həmin şirkətin bir neçə əməkdaşlı ilə birlikdə yaxın zamanlarda mühakimə olunacağı bildirilir.
KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 9-09-2019, 11:45