Azad edilmiş ərazilərə 140 minə yaxın vətəndaşın köçü planlaşdırılıb
Azad edilmiş ərazilərə 140 minə yaxın vətəndaşın köçü planlaşdırılıb.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnsan Resursları Zirvəsi 2023" tədbirində panel çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, işğaldan azad olunan ərazilərdə özəl sektorunun fəaliyyəti üçün güzəşətlər müəyyən edilib.
“Bu bizim yaratdığımız stimullaşdırma paketidir. 140 minə yaxın vətəndaşın o ərazilərə köçməsi planlaşdırılıb. Köç edən vətəndaşlarımıza peşə hazırlığı çərçivəsində təlim proqramları tətbiq edilir. 7-10 min şəxsə bilik və bacarıqlar aşılamalıyıq. Güzəşətlər imkan yaradır ki, bilik və bacarıqlı insanlar oraya gedərək biznes qurmağa can atsın”,- deyə nazir əlavə edib.
KARUSEL / ÖLKƏ
Tarix: 21-06-2023, 12:47