mobil versiya

Söyüdlüyə başqa şəxslərin girişi məhdudlaşdırıldı


Gədəbəy rayonunun Söyüdlü kəndinə kənd sakinlərindən başqa şəxslərin girişi məhdudlaşdırılıb.
Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, hazırda sakinləri narahat edən məsələlər araşdırılır:
"Həmçinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə sakinlərdən başqa şəxslərin kəndə girişi məhdudlaşdırılıb", - deyə o qeyd edib.
Qeyd edək ki, Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Baş nazirin Sərəncamı ilə komissiya yaradılıb.
KARUSEL / GÜNDƏM
Tarix: 22-06-2023, 11:51