14 yaşlı qız nişanlısı tərəfindən zorlanıb? - AÇIQLAMA
ZQazax rayon Çaylı kəndində 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkət edilib. Bildirilib ki, ona qarşı bu hərəkəti öz nişanlısı edib.
REPORTYOR.AZ-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Çaylı kənd sakini Qazax Rayon Polis Şöbəsinə müraciət edərək 14 yaşlı qohumunun 20 yaşlı nişanlısı tərəfindən seksual xarakterli hərəkətlərə məruz qalması barədə məlumat verib:
“Hazırda müvafiq ekspertiza təyin olunub, zəruri istintaq hərəkətləri davam etdirilir”, - deyə o qeyd edib.
KARUSEL / HADİSƏ
Tarix: 7-06-2022, 17:56