Bankların kredit faizlərinin birrəqəmli olmasını ən çox Mərkəzi Bank istəyir.
Bunu AMB-nin baş direktoru Toğrul Əliyev "Bank mübahisələrinin uğurlu həlli üsulları" mövzusunda keçirilən elmi-praktik konfransda deyib. Mərkəzi Bankın baş direktoru Ziya Əliyev bildirib ki, tədbirlərdə ən çox soruşulan məsələ kredit faizləridir.
“Pulun qiymətinin formalaşmasında daha mürəkkəb amillər iştirak edir. Mərkəzi Bank bu bazarda tənzimləyicidir. Biz tənzimləmə çərçivələrini inkişaf etdiririk. Nəzarət tədbirlərini gücləndiririk ki, həmin çərçivələrə riayət olunsun”, - deyə Ziya Əliyev əlavə edib.
O bildirib ki, amma Mərkəzi Bank tələb və təklif amillərini müəyyən etmir.