mobil versiya

Sabah hava necə olacaq?


İyulun 12-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu. Əsasən yağmursuz. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.


KARUSEL / ÖLKƏ
Tarix: 11-07-2023, 13:23