mobil versiya

İndoneziyaya səfər etmək istəyənlərin nəzərinə




İndoneziyaya səfər etmək istəyənlərdən viza üçün aşağıdakı sənədləri təqdim etmək xahiş olunur:
"Reportyor.az" İndoneziyanın ölkəmizdəki səfirliyinin İnstagram hesabına istinadla xəbər verir ki, səfər edənlərin xarici pasportunun etibarlılığı 6 aydan çox olmalıdır.
Gediş-dönüş bileti,
Viza müraciət forması 2 ədəd foto şəkil ilə (3-4 ölçüdə ağ fonda),
Tibbi sığorta və zəruri hallarda və COVİD-19 müalicəsini ödəmək öhdəliyi haqqında əmanət sənədi,
Otel rezervasiyası,
Bank hesabının surəti ( minimum 2 min ABŞ dolları dəyərində, turizm məqsədilə) və şirkətdən mətub ( işgüzar məqsədlər üçün),
Tam DOVİD-19 peyvənd sertifikatı.
Viza rüsumu: 
Turist vizası 60 günlük, birdəfəlik 110 ABŞ dolları
Biznes viza 140 ABŞ dolları
xxx
Əlaqə: İndoneziya Respublikasının Səfirliyi
Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi 3 
 +994 12 597 05 14/596 21 68
 [email protected]
KARUSEL / CƏMİYYƏT
Tarix: 12-07-2023, 15:11