mobil versiya

Fəaliyyəti dayandıran bankların əmlakları hərraca çıxarılacaq


Avqustun 3-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Dəmir Bank”, “AGBank” və “Texnika Bank” ASC-lərin daşınar və daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.
Bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət “Dəmir Bank”a məxsus "Aksa" markalı generatordan, "Çetinkaya" markalı stabilizatordan, 12 ədəd "Mitsubishi" markalı kondisionerdən, 2 ədəd isti su və isitmə sistemindən, “AGBank”a məxsus Yevlax rayonunun Xanabad kəndində yerləşən 155 kv.metrlik fərdi yaşayış evindən, “Texnika Bank”a məxsus Quba rayonu, Zizik kəndində yerləşən 0,55 hektar və 0,18 hektar torpaq sahələrindən, Quba rayonunun Xuçbala kəndində yerləşən 1 hektar və 1,5 hektar torpaq sahələrindən gedir.
“Dəmir Bank”ın əmlaklarına ümumilikdə 12 min manat, “AGBank”ın əmlakına 10 min manat, “Texnika Bank”ın əmlaklarına isə ümumilikdə 25 min manat qiymət qoyulub.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-07-2023, 17:21