mobil versiya

Azərbaycan millisinin keçmiş üzvü yenidən Ukrayna Premyer Liqasında çıxış edəcək



İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Dmitri Nağıyev yenidən Ukrayna Premyer Liqasında çıxış edəcək.
28 yaşlı sağ cinah müdafiəçisi “Obolon”la anlaşıb.
Dmitri Nağıyev yeni komandası ilə birillik müqavilə imzalayıb. Oyunçu “Obolon”da 33 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Ukraynanın “Dnepr” klubunun yetirməsi olan futbolçu 2021-2022-ci illərdə “Sumqayıt”ın formasını geyinib. Onun sonuncu komandası Ukraynanın birinci liqa təmsilçisi “İnqulets” olub.

KARUSEL / İDMAN
Tarix: 20-07-2023, 14:15