mobil versiya

Küləkli havaya görə əhaliyə çimərliklərlə bağlı xəbərdarlıq edilib



İyulun 25-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, güclü şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.
Küləkli hava şəraiti dənizdə yüksək dalğalanma yaradacaq ki, bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olması tövsiyyə olunur.



KARUSEL / CƏMİYYƏT
Tarix: 24-07-2023, 15:37