Qəbələ festivalı çərçivəsində Bakı Kamera Orkestrinin konserti olub
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 31-də axşam musiqisevərlər Heydər Əliyev Konqres Mərkəzində növbəti konsert proqramını izləyiblər.
Bakı Kamera Orkestrinin təqdim etdiyi konsert tanınmış pianoçu Bella Davidoviçin 95 illik yubileyinə həsr olunub.
Konsertin birinci hissəsində orkestr Dmitri Sitkovetskinin (Böyük Britaniya) dirijorluğu ilə İohan Sebastyan Baxın “Simlilər üçün 1 nömrəli rəqs süitası”nı təqdim edib.
Konsertin ikinci hissəsində Dmitri Sitkovetski violində Aleksandr Raskatovun violin, simlilər və zərb aləti üçün “V.A.Motsartın həyatından beş dəqiqə”, Arvo Pyartın violin, simlilər və zərb aləti üçün “Qardaşlar”, Bella Bartokun violin və simlilər üçün “Rumın xalq rəqsləri”, Sergey Raxmaninovun simlilər üçün “Vokaliz”, Fikrət Əmirovun “Nizami” simfoniyasından II və IV hissələr, Firəngiz Əlizadənin simlilər üçün “Rəqs”, Leonit Desyatnikovun simlilər üçün “Bukovina mahnıları” əsərlərini ifa edib.
Xatırladaq ki, Bakı Kamera Orkestri 2011-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin təşəbbüsü ilə yaradılıb. Orkestrin tərkibinə beynəlxalq müsabiqə laureatları və istedadlı ifaçılar daxildir. Orkestr dünyanın bir çox ölkələrində konsert proqramları ilə qastrol səfərlərində olub, Azərbaycanın və dünyanın tanınmış sənətçilərini müşayiət edib.
Orkestrin bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, baş dirijoru Əməkdar artisti Fuad İbrahimovdur.
Festival çərçivəsində avqustun 1-də saat 18:00-da Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara “Bramsı sevirsiniz?” adlı kamera musiqisi axşamı təqdim olunacaq.(Azərtac)
KARUSEL / MƏDƏNİYYƏT

Tarix: 1-08-2023, 11:26