mobil versiya

Niger qonşu ölkələrlə sərhədləri açıb



Nigerin beş qonşu ölkə ilə quru və hava sərhədləri yenidən açılıb.
Bu barədə Niger hərbçilərinin nümayəndəsi açıqlama verib.
"Əlcəzair, Burkina Faso, Liviya, Mali və Çadla quru və hava sərhədləri bu gündən yenidən açılır", - deyə o Niger milli televiziyasında açıqlayıb.
Qeyd edək ki, Nigerin sərhədləri iyulun 27-dən bağlı idi.

Ötən gün Fransanın baş qərargahından verilən məlumatda Nigerdəki 1,5 min fransız hərbi qulluqçusunun geri qaytarılmayacağı, təxliyə əməliyyatının yalnız mülki şəxslərə şamil olunduğu deyilib.
Fransa özünün və digər Avropa ölkələrinin vətəndaşlarının təxliyəsi üçün artıq Niameyə üç təyyarə göndərib.
Qeyd edək ki, iyulun 26-da Nigerdə general Abdurahman Çianın başçılığı altında hərbi çevriliş olub. Qiyamçılar Niger Prezidenti Məhəmməd Bazumu girov götürüb. Prezident Mohamed Bazum qərbyönlü siyasəti və Parisin yaxın müttəfiqi olması ilə tanınır.(trend)


KARUSEL / DÜNYA
Tarix: 2-08-2023, 11:08