mobil versiya

Niger prezidentilə qiyamçılar arasında danışıqlar davam edir



Niger Prezidenti Məhəmməd Bazum çevrilişdən sonra istefa verməkdən imtina edib.
Bu barədə prezidentin ətrafı məlumat yayıb.
Məlumatda deyilib ki, prezidentlə qiyamçılar arasında danışıqlar hələ də davam edir. Danışıqların təfərrüatı ilə bağlı hələlik heç bir məlumat verilmir.
Qeyd edilib ki, Nigeri kimin idarə edəcəyi məlum deyil. Çünki qiyamçılar öz namizədlərini təqdim etməyib.

KARUSEL / DÜNYA
Tarix: 28-07-2023, 15:41