Amerikalı jurnalistlər Şuşada olub
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup amerikalı jurnalist və media eksperti ölkəmizin mədəniyyət paytaxtı Şuşada olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, amerikalı qonaqlara Qafqazın musiqi mərkəzi hesab edilən Şuşanın yaranma tarixi, inkişafı, işğal illərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandallarının şəhərdəki tarixi memarlıq, mədəni və dini abidələrini dağıtmaları, hazırda aparılan yenidənqurma, həmçinin abadlıq işləri barədə ətraflı məlumat verilib.
Nümayəndə heyəti “Güllələnmiş heykəllər” meydanını, Xurşidbanu Natəvanın evini, “Xan qızı” bulağını, Yuxarı Gövhər Ağa məscidini, Molla Pənah Vaqifin məqbərəsini, Gəncə qapısını, Şuşa qalasını və Cıdır düzünü ziyarət edib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 3-08-2023, 12:39