mobil versiya

Şamaxıda turistləri daşıyan avtobus qəzaya düşüb - Yaralılar var


Şamaxı rayonunda turisləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb.
Bu barədə "Report"un Yuxarı Şirvan bürosu xəbər verir.
Belə ki, tur çərçivəsində Bakı-Şəki-Qəbələ-Oğuz marşrutu üzrə hərəkət edən 77-CV-760 dövlət nömrə nişanlı "Daewoo" markalı sərnişin avtobusu bu gün saat 12:00 radələrində Muğanlı-İsmayıllı yolunun 6-cı kilometrliyində, Muğanlı dolayları adlanan ərazidə yoldan çıxaraq ağaca çırpılıb.
İlkin məlumata görə, hadisə zamanı iki nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadaları cəlb olunub.


KARUSEL / HADİSƏ
Tarix: 8-08-2023, 14:13