mobil versiya

Kiyev yenidən raket atəşinə məruz qalıb


Rusiya silahlı qüvvələri tərəfindən raketlərin atılacağı barədə Ukrayna ordusunun xəbərdarlığından sonra Kiyevdə hava həyəcanı zamanı partlayışlar olub.
Kiyevdə hava həyəcanı elan olunduqdan sonra bir neçə partlayış baş verib.
Kiyevin meri Vitali Kliçkonun məlumatına əsasən, raketin qalıqları paytaxtda yerləşən uşaq xəstəxanalarından birinin ərazisinə düşüb. Yaralananlar və dağıntılar yoxdur. Fövqəladə xidmətlər hadisələrin baş verdiyi yerlərə yollanıb.
V.Kliçko deyib ki, paytaxtda yerləşən uşaq xəstəxanalarından birinin ərazisinə düşən raket qalıqlarından başqa, Obolon rayonunda da raket qalıqlarının düşdüyü daha iki yer aşkarlanıb.
“Boqatırskaya küçəsində şəxsi evin damı zədələnib. Həmçinin Obolonda bağ koorperativlərindən birində açıq sahədə raketin bir parçası da aşkar edilib. Yaralananlar yoxdur”, - deyə mer vurğulayıb.
Qeyd edək ki, avqustun 11-də Ukraynada genişmiqyaslı hava həyəcanı elan edilib. Hərbi Hava Qüvvələri X-47 M2 "Kinjal" raketlərinin Kiyev vilayəti istiqamətində MİQ-31k-dan atıldığını bildirib. Vinnitsa və Xmelnitsk bölgələrindən də partlayışlar barədə məlumat daxil olub.(Azərtac)


KARUSEL / DÜNYA
Tarix: 11-08-2023, 14:16