Moldovanın ilk prezidenti vəfat edib
Moldova Respublikasının ilk prezidenti Mirça Snequr 82 yaşında vəfat edib.
Onun ölümü ilə bağlı məlumatı keçmiş baş nazirin müavini Konstantin Tampiza Facebook* sosial şəbəkəsindəki səhifəsində təsdiqləyib.
Snequr respublikaya 1990-1997-ci illərdə rəhbərlik edib. Tampiza siyasətçinin sağalmaz xəstəlikdən əziyyət çəkdiyini qeyd edib.
Snequr respublikanın Floresti rayonunun Trifanesti kəndində anadan olub. O, siyasi fəaliyyətinə Moldova SSR Nazirlər Soveti sədrinin səlahiyyətlərini icra edən vəzifədən başlayıb, sonra MSSR Ali Sovetinə rəhbərlik edib, sonra isə prezident olub.
KARUSEL / DÜNYA
Tarix: 14-09-2023, 09:47