mobil versiya

Vətəndaşlara sosial şəbəkələrdə Silahlı Qüvvələrimizə yardım çağırışlarına reaksiya verməməyi tövsiyə edirik - MN



Lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi günlərdə bəzi sosial media hesablarında Silahlı Qüvvələrimizə yardım adı altında əhaliyə çağırış edirlər. Vətəndaşlardan müxtəlif yardım kampaniyalarına qoşulmaları, o cümlədən pul və ərzaq istənilir. Müdafiə Nazirliyi rəsmi olaraq vətəndaşları belə çağırışlara reaksiya verməməyi tövsiyə edir.
Bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.
Mətbuat xidmətinin rəisinin sözlərinə görə, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin ərzaq və digər təminatının daha da yaxşılaşdırılması üçün bütün zəruri tədbirlər həyata keçirilib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 20-09-2023, 13:54