Antiterror əməliyyatları zamanı Prezidentin rəsmi saytına saniyədə 4 milyondan çox DDOS hücum olub
Azərbaycan antiterror əməliyyatlarına başlayanda dövlət qurumlarının internet resurslarına çoxsaylı hücumlar qeydə alınıb.
Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu hücumların qarşısı uğurla alınır.
“Belə hücumların biri də ölkə Prezidentinin saytına olub. Belə ki, saniyədə 4 milyondan çox botnet sorğular, DDOS hücumlar qeydə alınıb”, – deyə Tural Məmmədov əlavə edib(apa).
KARUSEL / İQTİSADİYYAT
Tarix: 21-09-2023, 12:25