Cənubi Koreyanın avtomobil istehsalçıları Rusiyanı tərk edir
“Cənubi Koreyanın avtomobil istehsalçıları “Kia” və “Hyundai” 2023-cü ilin sonuna qədər Rusiyadakı bizneslərini tamamilə dayandıracaqlar”.
Bu barədə “Mash” məlumatlı mənbələrə istinadən yazıb.
Mənbənin sözlərinə görə, populyar modellər (məsələn, “Kia Rio”) artıq satışda deyil. Paytaxt salonlarından birində Kia modelini – Cerato 2022-ni 3 milyon rubla satırlar.
Məşhur “Hyundai modelləri” (Solaris, Elanta və Sonata) də salonlardan yoxa çıxıb. 4,5 milyon rubldan başlayan şişirdilmiş qiymət etiketinə yalnız ciplər qalıb.
Mənbələr bildirirlər ki, sanksiyalar səbəbindən “Kia” və “Hyundai” artıq Rusiyaya tədarük təmin edə bilmirlər və paralel idxal üzrə məzənnə gözləntiləri doğrultmayıb.
KARUSEL / DÜNYA
Tarix: 5-10-2023, 16:17