Ersin Tatar: “Azərbaycanla Şimali Kipr yaxşı və pis gündə bir yerdə olmalıdır”
"Azərbaycanla Şimali Kipr yaxşı və pis gündə həmişə bir yerdə olmalıdır".
Bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar “Anadolu”ya müsahibəsində deyib.
O, Azərbaycan dövlət başçısı ilə görüşünün səmimi keçdiyi söyləyib: “Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi zəfəri Şimali Kipr məmnuniyyətlə qarşıladı. Bundan sonra Qarabağa və Naxçıvana da gedəcəm”.
E.Tatar qeyd edib ki, Azərbaycanla Şimali Kipr yaxşı və pis gündə həmişə bir yerdə olmalıdır: “Türk birliyinin güclənməsi hər birimizin xeyrinə olacaq. Gələcək nəsillər bundan çox fayda götürəcək. Çünki artıq dünyada tək qalmaq olmaz. Şimali Kipr isə əsla yalnız qalmaz. “Bir millət, üç dövlət” prinsipi bizim üçün çox önəmli və dəyərlidir”.
Şimali Kipr Prezidentinin sözlərinə görə, Türk Dövlətləri Təşkilatı artıq güclü bir təşkilatdır.(report)
KARUSEL / SİYASƏT

Tarix: 17-10-2023, 15:06