mobil versiya

Qazaxıstanlı səyahət bloqerləri və turoperatorlar Azərbaycanın turizm imkanlarını öyrənir



Qazaxıstanın Bakıdakı Səfirliyində Azərbaycana gələn qazaxıstanlı turoperatorlardan və səyahət bloqerlərdən ibarət heyətlə görüş keçirilib.

Səfir Alim Bayel qonaqlarla söhbət edib və son illərdə Qazaxıstandan Azərbaycanı ziyarət edən turistlərin sayında artımını qeyd edib. Onun sözlərinə görə, Azərbaycan qazaxıstanlı turistləri təbiətin və paytaxtın gözəlliyi, mədəniyyətlərin və dillərin oxşarlığı, yerli sakinlərin qonaqpərvərliyi, müxtəlif turizm xidmətlərinin əlçatanlığı ilə cəlb edir. Diplomat Azərbaycandan Qazaxıstana turist axınının artırılmasının vacibliyini də vurğulayıb. Bu istiqamətdə əhəmiyyətli nəticələr artıq mövcuddur.

Qeyd etmək lazımdır ki, cari ilin 9 ayı ərzində Azərbaycanı 42 124 Qazaxıstan vətəndaşı ziyarət edib, bu da Mərkəzi Asiyadan gələn turistlərin ümumi sayının 44%-ni təşkil edir.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 2-11-2023, 14:53