"Can Azərbaycanla bir çox məsələlərdə əməkdaşlığımızı və birgə layihələrimizi davam etdirəcəyik” - Mehmet Özhaseki

Bu sözləri Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki Azərbaycana rəsmi səfəri zamanı deyib.
“Bakı səfirliyimizdə keçirilən proqramda Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və səfirimiz Cahit Bağcı ilə görüşdük. Hər zaman bir millət, iki dövlət devizi ilə çiyin-çiyinə dayandığımız can Azərbaycanla bir çox məsələlərdə əməkdaşlığımızı və birgə layihələrimizi davam etdirəcəyik”, - deyə o bildirib.
KARUSEL / SİYASƏT
Tarix: 15-11-2023, 14:12